Zelenski: "Putindən başqa heç kimlə görüşməyəcəm”

Zelenski: "Putindən başqa heç kimlə görüşməyəcəm”
DÜNYA
00:23 24.05.2022
611
"Vasitəçilərlə görüşmək istəyim yoxdur və olmayacaq. Mən Prezidentdən (Vladimir Putin-red) başqa heç kimlə görüşü qəbul etmirəm”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş o halda mümkündür ki, onun gündəliyində müharibənin dayandırılması məsələsi olsun.

"Onların elə bir qərar vermə strukturu var ki, onsuz heç bir qərar qəbul olunmur. Prezidentin qərarı ilə bütün qurumlar birləşib. Onsuz müharibəni dayandırmaq qərarı olmayacaq”, - Zelenski Davosda Ukrayna Evində sualları cavablandırarkən deyib.
OXŞAR XƏBƏRLƏR