"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər" - Niyaməddin Orduxanlı

"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər" - Niyaməddin Orduxanlı
SOSİAL
13:28 04.03.2022
4823
"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı, bu duruma düşməzdilər. Qəhrəman o şəxs ola bilərdi ki, o, xalqını müharibədən yayındırardı. Ukraynanın tam suverenliyini bərpa edə bilərdi”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.
 
O, qeyd edib ki, Zelenski qəhrəman olsaydı, ən azından Rusiya ilə normal münasibətləri inkişaf etdirərdi:
 
"O gərək Rusiya ilə normal münasibətlərini davam etdirərdi. Rusiya ilə Ukrayna eyni xalqlardır. İndi kiminsə baxışı ilə Zelenski qəhrəman kimi görünə bilər. Bu da normal bir haldır. Bu gün ərazi bütövlüyünün böyük hissəsinin itirilməsi, ölkədə milyondan artıq qaçqının olması, burada şəhərlər viran qalması, Ukraynanın 30-40 il geriyə düşməsi deməkdir”.
 
N. Orduxanlı həmçinin qeyd edib ki, biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir:
 
"Azərbaycan bu müharibədə hər hansı bir iştirakçı tərəf deyil. Yəni bu, Rusiya ilə Ukrayna arasında gedən bir müharibədir. Bunlar da eyni kökənli xalqlardır. Azərbaycan ictimaiyyətinin münasibətinin birmənalı olması təbiidir. Ancaq biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir. Orada da 3 milyona yaxın azərbaycanlı yaşayır. Onlar öz qazandıqlarını Azərbaycana, öz ailələrinə göndərirlər. Təbii ki, Ukrayna da Azərbaycan üçün strateji bir ölkədir, münasibətlərimiz çox yaxşıdır. Ancaq biz bir faktı unutmamalıyıq, Azərbaycan 44 günlük Vətən müharibəsi etdi, bu zaman biz Ukraynanın 5-10 nəfər vətəndaşını Ermənistanın əleyhinə fikir səsləndirmək kimi bir şeyin şahidi olduqmu? Yaxud da balaca bir Ermənistanla Ukraynanın münasibətlərinin pozulmasına şahidlik etdikmi? Yox.
 
O qeyd edib ki, Ukraynanın işğal olunmasının əleyhinədir: 
 
"Təbii ki, biz başqa ölkənin işğalının, zəbt olunmasının birmənalı şəkildə əleyhinəyik. 30 il separatçılıqdan əziyyət çəkən bir dövlət kimi separatçılığın əleyhinəyik. Ukraynanın da ərazi bütövlüyünün pozulmasına haqq qazandıra bilmərik. Mən inanmıram ki, Azərbaycanda bir nəfər olsun ki, çıxıb Ukraynanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırsın, olmaz. Bu, beynəlxalq hüquqa da ziddir. Ancaq biz bu məsələdə nə Rusiyanın, nə də Ukraynanın apardığı müharibənin yanında yer ala bilmərik. Biz də istəyərik ki, bu məsələ sülh yolu ilə həll olunsun”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı