Zelenski Qələbə Gününün tarixini dəyişdi

Zelenski Qələbə Gününün tarixini dəyişdi
DÜNYA
16:06 13.06.2023
205
Ukrayna Prezidenti Volodimir Zelenski "1939-1945-ci illər İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü haqqında” qanunu imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sənədə əsasən, bundan sonra Ukraynada əlamətdar tarix mayın 8-də qeyd olunacaq.

Qanuna şərhdə qeyd olunur ki, Ukrayna sivil, dinc və demokratik Avropa dövləti kimi nasizmə qarşı vuruşmuş hər kəsin, eləcə də müharibənin bütün qurbanlarının xatirəsini ehtiramla yad edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR