Zelenski Quterreşə əsirlərlə bağlı müraciət etdi

Zelenski Quterreşə əsirlərlə bağlı müraciət etdi
DÜNYA
23:24 18.08.2022
341
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

"Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik", - Prezident deyib.

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.
OXŞAR XƏBƏRLƏR