Rumıniya Prezidenti Klaus Yohannis və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Rumıniya Prezidenti tviter səhifəsində yazıb.
"Prezident Zelenski ilə Ukraynadakı gərgin vəziyyəti müzakirə etdik. Biz Rumıniyaya gələn hər bir Ukrayna vətəndaşının qayğısına qalmaqda davam edirik”, - o yazıb.
Yohannis əlavə edib ki, Rumıniya və Aİ ölkələrindən göndərilən yardımla dolu 125 yük maşını, həmçinin təcili yardım və yanğınsöndürmə maşınları Rumıniya ərazisindən keçməklə Ukraynaya yola salınıb.