Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dialoq üçün şərtlərini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "El Pais" qəzetinə müsahibə verən Zelenski Rusiyayla dialoqun yaranması üçün bir neçə şərtinin olduğunu açıqlayıb.
"Əgər ruslar işğal etdikləri ərazilərdən geri çəkilsələr və dəhşətli səhv etdiklərini etiraf etsələr bundan sonra biz dialoq formatı axtara bilərik. Ancaq ərazimizi işğaldan azad etmək üçün biz minlərlə insanımızın həyatını qurban verməyə davam edəcəyiksə, düşünürəm ki, bu, illərlə prosesə mane olacaq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Ayşən