Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməyə davam etdiyini iddia edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Prezident cəbhədə vəziyyətin ağır olduğunu bildirib.
Rusiya ordusunun Donetsk cəbhəsində irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib.
Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini əlində saxlamağa, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışır.
Aydın