Zelenski: “Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır”

Zelenski: “Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır”
DÜNYA
12:07 25.01.2023
171

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə davam edir.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində Rusiyanın yeni hücuma hazırlaşdığını bəyan edib.

Rusiya-Ukrayna müharibəsinin birinci ilinə yaxınlaşdıqca müharibənin intensivliyi artmaqda davam edir. Xalqa müraciətində xəbərdarlıq edən Zelenski "Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır. İşğalçılar artıq Bəhmut, Vuhledar və digər istiqamətlərdə təzyiqlərini artırırlar. Daha böyük bir ölkəyə təzyiqi artırmaq istəyirlər. Rusiya daha çox insan və texnikasını müharibəyə atmaq istəyir”, - bildirib.

Bu çərçivədə dünyanın Ukrayna ilə əməkdaşlığı daha da artırması lazım olduğunu ifadə edən Zelesnki "Bu, azad dünyanın əməkdaşlığı sürətləndirməli olması deməkdir. Bu, Rusiyanın yeni cinayət əməllərinin mümkün qədər qarşısını almaq üçün bir cavab olacaq", deyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR