Zelenski: Rusiya Ukraynaya qarşı son bir həftədə 1100-dən çox dron hücumu həyata keçirib

Zelenski: Rusiya Ukraynaya qarşı son bir həftədə 1100-dən çox dron hücumu həyata keçirib
DÜNYA
13:31 11.01.2026
530
Rusiya Ukraynaya qarşı son bir həftədə 1100-dən çox dron hücumu həyata keçirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Zelenski Rusiyanın ölkənin mühüm infrastruktur obyektlərinə endirdiyi zərbələrdən sonra bir çox bölgələrdə vəziyyətin çətin olaraq qaldığını bildirib.

O, paylaşımında qeyd edib ki, enerji işçiləri və təmir briqadaları əhalinin elektrik enerjisi, istilik və su təchizatının bərpası üçün gecə-gündüz çalışırlar. Onun sözlərinə görə, bu, Rusiyanın davamlı hücumlarından sonra normal həyatın bərpası baxımından vətəndaşlar üçün son dərəcə vacib və monumental bir səydir.

Ukrayna Prezidenti bildirib ki, təkcə son bir həftə ərzində Rusiya Ukraynaya qarşı təxminən 1100 hücum dronu, 890-dan çox idarə olunan hava bombası və 50-dən artıq müxtəlif növ raket – ballistik, kruiz və hətta "Oreşnik” orta mənzilli ballistik raketi buraxıb.

Onun sözlərinə görə, hücumların əsas hədəfi hərbi obyektlər deyil, enerji infrastrukturu və yaşayış binaları olub:

"Onlar qəsdən şaxtalı havanın xalqımız üçün vəziyyəti daha da pisləşdirməsini gözlədilər. Bu, xüsusilə mülki şəxslərə qarşı qəsdən, kinayəli Rusiya terrorudur. Ukraynanı bu hücumlardan gecə-gündüz müdafiə edən mobil atəş qruplarımıza və hava hücumundan müdafiə bölmələrindən və elektron müharibə bölmələrindən olan bütün digər döyüşçülərimizə təşəkkür edirəm”.

Zelenski, eyni zamanda, bildirilib ki, hazırda ölkənin daxili dayanıqlığının və müdafiə qabiliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Zelenski Ukraynaya, onun müdafiəsinə davamlı dəstəyin və sülh naminə əlaqələndirilmiş diplomatiyanın vacibliyini qeyd edərək, bu istiqamətdə Ukrayna ilə çalışan bütün tərəfdaşlara minnətdarlığını ifadə edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO