Ukrayna Prezidenti Volodimir Zelenski qlobal təhlükəsizliyin əsaslarından birinin Qara dənizdə yerləşdiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) 62-ci Baş Assambleyasının iclası keçirilib.
Ukrayna parlamentinin sədri Ruslan Stefançukun sədrliyi ilə keçirilən iclasda QDİƏT-ə üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
Türkiyəni AK Partiya Əskişəhər Millət vəkili Fatih Dönmez və onu müşayiət edən nümayəndə heyətinin təmsil olunduğu toplantının açılışında Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə çıxış edib.
Qara dənizin böyük əhəmiyyət kəsb etdiyini bildirən Zelenski deyib:
"Qara dəniz qlobal təhlükəsizliyin əsaslarından biridir. Xalqımız tərəfdaşlarımızla birlikdə bu təhlükəsizliyin təminatçısıdır”.
Rusiyanın Qara dənizdə beynəlxalq nizama qarşı aqressiv hərəkətlər etdiyini bildirən Zelenski deyib:
"Rusiya uzun illərdir Krımda müxtəlif xalqların normal həyatını pozmaq üçün hərbi infrastrukturundan istifadə edib. Rusiya 2008-ci ildə Gürcüstana qarşı təcavüzü zamanı Qara dənizdən Yaxın Şərqdə, xüsusən də Suriyada müharibə və xaosu qızışdırmaq üçün istifadə edib. Ukraynaya və bütün Avropaya qarşı hibrid müharibə Krımın ələ keçirilməsi ilə başladı”.
Ayşən