Zelenski: “Rusiyadan müharibənin bitəcəyinə dair siqnallar var”

Zelenski: “Rusiyadan müharibənin bitəcəyinə dair siqnallar var”
SİYASƏT
10:56 13.03.2022
564
"Rusiyadan müharibənin bitəcəyinə dair siqnalların olması yaxşıdır. İki il idi bunu görmürdük. Ukraynanı 3 günə işğal edib hökuməti dəyişmək planları baş tutmadı. Bu qanlı müharibədən sonra Rusiyaya etibar edə bilmərik. Biz sirr saxlamırıq, açıq şəkildə bildiririk”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh üçün bəzi güzəştlərin edilib-edilməyəcəyi məsələsinə toxunan Zelenski qeyd edib ki, hazırda ölkə müharibə şəraitindədir: "Bu müharibədən sonra başqa bir müharibə istəmirik. Ukraynanın təhlükəsizliyi razılaşmalarda təmin edilməlidir”.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın Polşa ilə münasibətləri yaxşıdır: "Çoxlu sayda Ukrayna vətəndaşı Polşa ərazisindədir. Bizim həmvətənlərimiz Rumıniya və Moldovada da yaşayır. Qonşularımızla münasibətlərimiz yaxşıdır. Müharibə zamanı kimin dost, kimin düşmən olduğunu öyrəndik”.

Ukraynada demokratiyanın mövcud olduğunu deyən Zelenski müharibə zamanı xalqın daha da birləşdiyini vurğulayıb.

"Qələbə qazanacağımızı 100 faiz bilirik, amma bunun nə vaxt olacağını bilmirik. Diplomatlarımız bölgəyə sülh gətirməyə çalışırlar. Amma bundan əvvəl silahların susması, insanların evakuasiyası, ərzaq və dərmanların çatdırılması kimi məsələlər həyata keçirilməlidir”, - Zelenski ölkəsinin Rusiya ilə mühribədən qalib çıxacağını iddia edib.

Ukrayna lideri etiraf edib ki, ölkəsi NATO-ya üzv ola bilməyəcək.

Avropadan gələn yardıma toxunan ölkə liderinin sözlərinə görə, Qərb və dünya daha çox şey edə bilər: "Hər kəs bacardığı qədər mübarizə aparmalıdır. Oturduqları kafeyə bomba düşməyincə nə baş verdiyini anlamayacaqlar. Ancaq belə bir şey olsa, hava məkanını bağlamağı düşünəcəklər. (Silah-sursat-red) Verə bilməyəcəklərini anlayanda satın almaq istədiyimizi bildirdik”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
21:29 08.10.2026
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
21:23 08.10.2026
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
21:15 08.10.2026
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
21:12 08.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
21:07 08.10.2026
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
21:02 08.10.2026
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
20:41 08.10.2026
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
20:35 08.10.2026
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
20:30 08.10.2026
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
20:26 08.10.2026
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb