Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır

Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
DÜNYA
17:47 26.07.2026
152
Rusiya ordusu Ukrayna ərazisinə ballistik raketlərlə kütləvi zərbələr endirməkdə davam edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukraynaya yarısından çoxu ballistik olmaqla, müxtəlif tipli yüzə yaxın raket, 1630 aviabomba və 1700 dron buraxıb.

"Döyüşçülərimizin bu zərbələrə qarşı dura bilməsi üçün biz hər gün tərəfdaşlarımızla işləyirik. Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır. Məhz buna görə də antiballistik paketlərin vaxtında gəlməsi çox vacibdir", – Ukrayna lideri vurğulayıb.

Zelenski həmçinin Rusiyanın gecə aviazərbələrinin nəticələrini ümumiləşdirib: "Bu gecə ruslar Ukraynaya 8 raket və müxtəlif tipli 136 dron buraxıblar. Hədəflərin çoxunu vurmaq mümkün olub, lakin, təəssüf ki, hamısını yox. Xerson, Donetsk, Dnepr, Xarkov, Sumı, Odessa, Nikolayev, Zaporojye, Çerniqov vilayətləri və Kiyev zərbələrə məruz qalıb".
OXŞAR XƏBƏRLƏR