Zelenskidən Rusiyanın "təslim olun" çağırışına - CAVAB

Zelenskidən Rusiyanın "təslim olun" çağırışına - CAVAB
DÜNYA
21:40 21.03.2022
4819
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi vermək mümkün deyil. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən biz bunu edə bilmərik”, - Zelenski qeyd edib.
OXŞAR XƏBƏRLƏR