Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
DÜNYA
12:53 16.04.2023
189

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarını təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, ölkənin tanınmış idmançılarına qarşı məhdudiyyətlər qoyulub.

228/2023 saylı fərmana əsasən, idmanla əlaqəsi olan 82 şəxsə qarşı sanksiya tətbiq edilir.

Onların arasında Olimpiya çempionları da var.

Bununla yanaşı, 227/2023 saylı fərmanla 351 fiziki və 241 hüquqi şəxsə qarşı sanksiyalar təsdiq edilib. Fiziki şəxslər arasında elm adamları və sahibkarlar, hüquqi şəxslər arasında isə "Qazpromneft-Digital Solutions”, "RT-Invest Transport Systems”, "İnnotech” Şirkətlər Qrupu, "X-Holding” və "Softline Trade” şirkətləri var.

OXŞAR XƏBƏRLƏR