Ukrayna prezidenti Volodimir Zelenski həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin son görüntüsünə sərt reaksiya verib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın Kiyevdəki səfirinə ölkəsinə qayıtması üçün 48 saat vaxt verib.
Zelenski səfirdən Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin məhkəmə zalında qeyri-sağlam görünüşü ilə bağlı Tbilisi administrasiyası ilə danışmasını istəyib.
O, Saakaşvilinin Ukraynada və ya Qərb klinikalardan birində müalicə olunmasını tələb edib:
"Mən Xarici İşlər Nazirliyinə göstəriş verdim ki, Gürcüstan səfirinə zəng edib qınadığımızı ona çatdırsın. 48 saat ərzində paytaxtla danışıqlar aparmaq üçün Ukraynanı tərk etməsini xahiş etsin”- deyə Zelenski söyləyib.
Qeyd edək ki, 2004-2013-cü illərdə Gürcüstanı idarə edən Mixail Saakaşvili 2021-ci ildə qanunsuz davranış ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib.
Aylar sonra keçirilən məhkəmə iclasında gürcü siyasətçinin tanınmayacaq dərəcədə zəiflədiyi, səhhətinin pisləşdiyi ekranlara əks olunub.
Şəbnəm Zahir