Zelenski: "Sizin qurduğunuz Alyans budurmu?"

Zelenski: "Sizin qurduğunuz Alyans budurmu?"
DÜNYA
09:13 05.03.2022
321
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna səmasını bağlamamaq qərarını şərh edib.

AZXEBER.COM xəbər verir ki, Zelenski fikirlərini belə ifadə edib:
 
"Görünür, Budapeşt Memorandumunu yandıra bilərsiniz. Daha yaxşı yansın. Amma bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu? Siz səmanı bağlaya bilərdiniz. Amma...Bilmirəm, siz kimi qoruya bilirsiniz və öz ölkələrinizi - Alyans ölkələrini qoruya bilirsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”.
OXŞAR XƏBƏRLƏR