Brüsseldə Aİ və NATO təmaslarından sonra Ukrayna sürətli və etibarlı sülh üçün konstruktiv işləməyə davam edəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Volodimir Zelenski deyib.
Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski AB sammitində iştirak etmək üçün getdiyi Belçikada keçirdiyi görüşlərlə bağlı dəyərləndirmələr edib.
Zelenski Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının sədri Ursula fon der Leyen, həmçinin NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Belçikanın baş naziri Bart De Vever və Avstriyanın baş naziri Kristian Ştokerlə görüşüb.
Görüşlərlə bağlı verdiyi açıqlamada Zelenskideyib:
"Bir çox detalları müzakirə edə bildik. Bütün liderlərin dəstəyinə görə minnətdaram. Mən sülhə doğru sürətli irəliləyişin mümkün olduğu vizyonunu təqdim etdim və tərəfdaşlarımızla birlikdə müharibəni dayandıra biləcək, təhlükəsizliyi təmin edəcək, ədalətli və davamlı sülhü təmin edəcək addımların nədən ibarət olduğunu anladıq. Biz praktiki təkliflər hazırlayırıq".
Oksana