Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynaya daha çox dəstək olmasını istəyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Zelenski açıqlaması zamanı deyib.
O bildirib ki, həm respublikaçıları, həm də demokratların çoxu onları dəstəkləyir:
"Bizi hər iki partiyaçılar dəstəkləyir və biz bunu itirmək istəmirik".
ABŞ-nin nadir torpaq mədənləri təklifi ilə bağlı Zelenski "Biz heç bir qitə üçün xammal mərkəzi deyilik”, - deyib.
Görüşdə müharibənin bitməsini hamıdan çox istədiklərini bildirən Zelenski: "Biz bunu istəyirik, amma demirik ki, nəyinsə arxamızca həll olunması lazımdır. Ukrayna olmasaydı, "Ukraynada müharibə necə bitəcək” müzakirəsi olmazdı. ABŞ-Rusiya görüşü bizim üçün sürpriz oldu".