Zelenski Trampla “meqa-saziş”i müzakirə etdiyini açıqlayıb

Zelenski Trampla “meqa-saziş”i müzakirə etdiyini açıqlayıb
DÜNYA
21:37 17.07.2025
317
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla "meqa-saziş”in detallarını müzakirə etdiyini bildirib.

Bu barədə o, "New York Post” nəşrinə açıqlamasında deyib.

Nəşrin məlumatına görə, sözügedən saziş çərçivəsində Birləşmiş Ştartlar Rusiya ilə müharibədə sınaqdan keçmiş Ukrayna istehsalı pilotsuz uçuş aparatlarını alacaq. Əvəzində isə Kiyev Vaşinqtondan bir sıra ABŞ istehsalı silahlar əldə edəcək.

Zelenskinin sözlərinə görə, ABŞ dron texnologiyasına ehtiyac duyur və məhz bu səbəbdən saziş hər iki tərəf üçün sərfəli olacaq.
 
/APA
OXŞAR XƏBƏRLƏR