Zelenski Trampla telefon söhbətinin detallarını açıqladı

Zelenski Trampla telefon söhbətinin detallarını açıqladı
DÜNYA
18:26 11.10.2025
271
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon söhbətinin detallarını açıqlayıb.

Bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.

"ABŞ Prezidenti Donald Trampla söhbət etdim. Yaxşı söhbət oldu, çox produktiv oldu. Mən prezident Trampı uğuru və Yaxın Şərq sazişi münasibətilə təbrik etdim, hansı ki, bunu həqiqətən də təmin edib və bu, güclü nəticədir. Əgər o bölgədə müharibəni dayandırmağa nail olunarsa, o zaman başqa müharibələr də dayandırıla bilər, həmçinin də Rusiya müharibəsi.

Prezident Trampı Rusiyanın bizim energetikamıza hücumları barədə məlumatlandırdım. Bizi dəstəkləməyə hazır olduğu üçün minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən gücləndirəcək yaxşı variantlar, güclü ideyalar var.

Rusiyalıların əsl diplomatiyada iştirak etmək istəyi lazımdır. Güc sayəsində bunu təmin etmək olar. Sağ olun, cənab Prezident!" - deyə Volodimir Zelenski qeyd edib.
OXŞAR XƏBƏRLƏR