Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırdığını bildirib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
V.Zelenski xatırladıb ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə ABŞ Prezidenti arasında görüş keçirilib. Bu görüşdə Zelenski və Trampın Nyu-Yorkda ikitərəfli görüşdə müzakirə edəcəyi məsələlər razılaşdırılıb.
"Biz təhlükəsizlik zəmanətləri üçün bir əsas hazırladıq. Xeyli müzakirələr apardıq, müxtəlif səviyyələrdə dialoqlar oldu", - Ukrayna Prezidenti bildirib.
//report