Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün çox aydın siqnal adlandırıb.
O, bunu Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan əvvəl "Sky News”un müxbirinə bildirib.
"Mən buradayam. Düşünürəm ki, bu, çox aydın siqnaldır", - Zelenski Vladimir Putinə mesajının olub-olmaması barədə jurnalistin sualına cavab verib.