Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb

Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb
DÜNYA
19:27 18.09.2025
191
Ukrayna ordusu Dobropillia istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "X” hesabında məlumat bölüşüb.

"Addım-addım, cəngavərlərimiz torpaqlarımızı azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”,- Zelenski qeyd edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR