Ukrayna Prezidenti Volodimir Zelenski episentri Kahramanmaraş olan və 10 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Ukrayna axtarış-xilasetmə qrupunun axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə yola düşdüyünü bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski gecə saatlarında yayımladığı gündəlik videomüraciətində xalqa müraciət edib.
Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng vurduğunu və Kahramanmaraşdakı zəlzələ ilə bağlı arzularını çatdırdığını xatırladan Zelenski bu ifadələri işlədib:
"Ukraynalı xilasedicilər zəlzələlərdən sonra xilasetmə əməliyyatına dəstək olmaq üçün Türkiyəyə gedib. Ümid edirəm ki, mümkün qədər çox insanın həyatını xilas etmək mümkün olacaq”.
Ayşən