Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər

Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər
DÜNYA
14:12 10.06.2025
314
Ukrayna ayda 27 min, Rusiya isə 40-50 min nəfər səfərbər edə bilər.

AZXEBER.COM "İnterfaks-Ukrayna”ya xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Səfərbərlik istənilən müharibədə problemdir. Ukrayna da istisna deyil, ancaq biz müharibənin bitməsini istəyirik. İnsanlar yorulur. Biz ayda 27 min, ruslar isə 40-50 min nəfəri səfərbər edə bilər", - Zelenski bildirib.

Digər ölkələrin bəzi liderlərinin Ukraynada səfərbərliyin 18 yaşdan başlaması ilə bağlı bəyanatlarına münasibət bildirən prezident bunu zəruri hesab etmədiyini vurğulayıb.

"Hörümçək toru” əməliyyatı göstərdi ki, əsas olan insanların sayı deyil, silah və texnologiya, eləcə də pul və təzyiqdir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi pullara yönəldilə bilərdi", - Zelenski izah edib.//report
OXŞAR XƏBƏRLƏR