Ukrayna Donbası tərk etməyəcək, çünki bu, Rusiya ilə yeni münaqişəyə yol açacaq.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu sözləri Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Kiyev bunu edə bilməz, çünki "ərazilər qeyri-qanuni işğal olunub”. Zelenski hesab edir ki, "Ruslar üçün Donbass yeni gələcək hücum üçün tramplindir”.
"Biz Donbası tərk etməyəcəyik. Əgər öz istəyimizlə Donbası tərk etsək və ya təzyiqlərə məruz qalsaq, üçüncü müharibəni açacağıq", - deyə Zelenski bildirib.