Ukrayna prezidenti Volodimir Zelenski müharibənin birinci ildönümündə xalqa müraciət edib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə bağlı videomüraciətlə ictimaiyyətə müraciət edib.
Düz bir il əvvəl bu gün saat 07:00 radələrində ictimaiyyətə müraciət etdiyini xatırladan Zelenski çıxışında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığını və Ukraynanın hər şeyə hazır olduğunu və hər kəsi məğlub edəcəyini bildirmişdi.
Zelenski bügünkü açıqlamasında "Qorxmadıq, incimədik, təslim olmadıq. İnancımız və ruhumuz güclənir. Genişmiqyaslı müharibənin ilk günündən mübarizə apardıq. Sabah nə olacağını bilmirdik, amma hər səhər döyüşməli olduğumuzu bilirdik. Ukrayna dünyanı ilhamlandırdı. Ukrayna dünyanı birləşdirdi. Sübut kimi minlərlə söz demək olar”, - deyə bildirib.
Qeyd edək ki, Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.
Ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb və Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb.
Ayşən