Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər

Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
DÜNYA
18:24 02.06.2025
415
Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına təmin edə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına qarşılaya bilər, lakin bunun üçün sabit maliyyələşdirmə lazımdır. Əməliyyatlarımız göstərir ki, xüsusilə dronlara qoyulan investisiyalar özünü necə doğruldur. Biz hələ də təcili olaraq hava hücumundan müdafiə vasitələrinə, xüsusilə "Patriot” sistemlərinə və raketlərə ehtiyac duyuruq", - V.Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində bildirib.
 
///report
OXŞAR XƏBƏRLƏR