Zelenski Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandirini təqdim etdi

Zelenski Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandirini təqdim etdi
DÜNYA
23:52 29.07.2022
431
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandanı, briqada generalı Viktor Xorenoku şəxsi heyətə təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı "Facebook” hesabında məlumat yayıb.

Təqdimat zamanı Zelenski əmin olduğunu bildirib ki, Xorenkonun rəhbərliyi altında Xüsusi Əməliyyat Qüvvələrinin çoxlu nailiyyətləri və qələbələri olacaq.

"Biz qələbəni hər gün daha da yaxınlaşdıracağıq”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR