Zelenski: Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri olub

Zelenski: Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri olub
DÜNYA
01:18 04.06.2025
751
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri barədə məlumat verib.

Bu barədə o, axşam çıxışında bildirib.

"Mixail Drapatıy xüsusi olaraq döyüş məsələlərinə diqqət yetubirəcək və Birləşmiş Qüvvələr komandiri təyin edilib ki, o, cəbhə ilə məşğul ola bilsin. Quru qoşunları sisteminə, xüsusən təlim, hazırlıq və bununla bağlı digər vəzifələrə gəlincə, onlarla başqa şəxs məşğul olacaq", - Zelenski bildirib.

Onun sözlərinə görə, Oleq Apostol Hava Desant Hücum Qüvvələrinin yeni komandiri, Robert Brovdi isə Pilotsuz Sistemlər Qüvvələrinə rəhbəri olub. Həmçinin Vadim Suxarevski "Sxid” operativ komandanlığı komandirinin müavini, İqor Skibyuk isə Baş Qərargah rəisinin müavini təyin edilib.
OXŞAR XƏBƏRLƏR