Zelenski: Ukrayna üzrə sülh sammitində Rusiya da mütləq iştirak etməlidir

DÜNYA
19:37 05.09.2024
166
Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.

Bunu "NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

"Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.
 
///apa
OXŞAR XƏBƏRLƏR