Zelenski: “Ukraynada vergi ödəmək könüllü olacaq”

Zelenski: “Ukraynada vergi ödəmək könüllü olacaq”
DÜNYA
10:48 15.03.2022
423
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada vergi islahatları ilə əlaqədar atılacaq ilkin addımlardan danışıb.

AZXEBER.COM UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının "Telegram” kanalında yerləşdirilmiş videomüraciətdə bildirilib.

"Ukrayna Nazirlər Kabineti iqtisadiyyatımızı dəstəkləmək üçün qərarlar paketini razılaşdırıb. Bu, biznesin işləməsi, insanlarımızın işlə təmin olunması üçündür. Kiçik sahibkarlıq subyektləri və fərdi sahibkarlar üçün biz vahid verginin könüllü ödənilməsini təmin edirik. Yəni, bacarırsansa, ödə, bacarmırsansa, yox", - deyə ölkə başçısı bildirib.

Zelenski vurğulayıb ki, ölkədə bütün müəssisələrdə vergi yoxlamaları ləğv edilir.
OXŞAR XƏBƏRLƏR