Zelenski Ukraynanın 2 mindən çox şəxsi Rusiya əsirliyindən azad etdiyini açıqladı

Zelenski Ukraynanın 2 mindən çox şəxsi Rusiya əsirliyindən azad etdiyini açıqladı
DÜNYA
19:51 24.04.2023
221
Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2 000-dən çox insanı Rusiya əsirliyindən azad edib. Onların 140-ı mülki şəxslərdir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın Baş naziri Kaya Kallas ilə keçirdiyi birgə brifinqdə açıqlayıb.

"Bu müddət ərzində biz 2 238 nəfəri əsirlikdən azad etmişik. Mərkəz (məhbusların axtarışı və azad edilməsi üzrə - red.) 24 saat işləyir. Bu 2 238 nəfərdən 140 nəfəri mülki şəxslərdir. Biz həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üzərində işləyirik”, - dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR