Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun 103 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketlə ölkəsinin müxtəlif bölgələrinə hücum etdiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Telegram hesabında bildirib ki, ruslar bu gecə ölkəsinə raket və PUA-dan zərbələr endiriblər.
Hücumlarda müxtəlif bölgələrin hədəf alındığını qeyd edən Zelenski, "Bu gecə Ukraynaya 103 pilotsuz təyyarə və bir ballistik raket atıldı. Donetsk, Xarkov, Odessa, Sumi, Çerniqov və Dnepropetrovsk və Xerson bölgələri hədəfə alındı" deyib.
Ölkəsinə edilən hücumu "terror hücumu” kimi xarakterizə edən Zelenski müttəfiqlərini Rusiyaya təzyiq göstərməyə çağırıb.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, rusların gecə saatlarında həyata keçirdiyi hücumlarda Priluki şəhərində 5, Xarkov şəhərində isə 18 nəfər ölüb, 6 nəfər yaralanıb.
Gülay