Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə telefon danışığı zamanı Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.
AZXEBER.COM "Report"a istinafən xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.
"Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik", - Zelenski yazıb.
O əlavə edib ki, rəsmi Kiyev Britaniyaya və Rusiyanın daha da təcrid olunması məsələsində ümid edir.