Zelenski yenidən Ukrayna prezidentliyinə namizəd olacaq?

Zelenski yenidən Ukrayna prezidentliyinə namizəd olacaq?
DÜNYA
23:22 18.10.2026
134
Ukraynada hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirilərsə, mütləq iştirak edəcəm.

Bunu "NBC News”a açıqlaması zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiyanın təcavüzü davam etdiyi müddətdə ölkənin taleyinə görə məsuliyyət daşıyır.

"Çünki mən bu müharibənin əvvəlindən sonuna qədər ölkəmi müdafiə etməliyəm. Rusiya iki ay müddətinə tam atəşkəsə razı olsa, Ukraynada prezident seçkiləri keçiriləcək. Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”, - deyə Zelenski bildirib.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR