Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq
DÜNYA
21:58 04.03.2025
1368
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə "X” sosial şəbəkəsində yazıb.

"Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Davamlı sülhə nail olmaq üçün mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq”, - Zelenski vurğulayıb.

Ukrayna lideri münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib: girovların azad edilməsi, səmada dərhal atəşkəs – raketlərin, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və mülki infrastruktura hücumların qadağan edilməsi, eləcə də Rusiyanın da eyni addımı atacağı təqdirdə dənizdə hərbi əməliyyatların dayandırılması.

Onun sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma əldə olunmasına ümid edir.

"Cümə günü Vaşinqtonda, Ağ Evdəki görüşümüz planlaşdırıldığı kimi olmadı. Təəssüf ki, belə alındı, bu, üzücü idi. Hər şeyi düzgün etmək vaxtıdır. İstərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, - Zelenski yazıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək