Rusiya ilə Ukrayna arasında müharibə bir ildən çoxdur davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə Putinin müttəfiqini dəvət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski ABŞ mediasına danışıb.
ABŞ-da yerləşən "Associated Press” xəbər agentliyinə danışan Zelenski Rusiya prezidenti Vladimir Putinin ən etibarlı yaxın tərəfdaşlarından biri olan Çin lideri Si Cinpingi ölkəsinə dəvət etdiyini açıqlayıb.
Zelenski açıqlamasında "Biz onu burada görməyə hazırıq", - deyə bildirib.
Qeyd edək ki, ötən həftə Moskvaya dövlət səfəri zamanı Çin lideri Rusiya prezidenti Vladimir Putin ilə Ukraynayla bağlı müharibəni müzakirə etsə də, müharibənin dayandırılmasında irəliləyiş əldə olunmayıb.
Ayşən