Zelenski 4 siyasətçini vətəndaşlıqdan məhrum edib.
AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 4 rusiyayönümlü siyasətçini, o cümlədən ukraynalı siyasətçi Viktor Medvedçukun vətəndaşlığından məhrum edib.
Zelenski bununla bağlı fərman imzalayıb.
Fərmanda deyilir: "Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidmətinin hazırladığı materiallar əsasında 4 nəfərin vətəndaşlıqdan çıxarılması qərarını təsdiqlədim. Bunlar Andrey Derkaçdır. Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçuk. Xalqın seçdiyi insanlar Ukrayna xalqı üçün deyil. Ukraynaya gələn qatillərə xidmət edirsə, o zaman qərarlarımız yerinə yetiriləcək. Bu, onlar haqda veriləcək son qərardır".
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk ötən ilin aprelində vətənə xəyanət ittihamı ilə Ukrayna kəşfiyyatı tərəfindən saxlanılmışdı.
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedçuk ötən ilin sentyabrında Türkiyənin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinə vasitəçilik etməsindən sonra Rusiyaya göndərilib.
Günel