Zelenski "Telegram” hesabında paylaşdığı videomüraciətdə ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı yeni açıqlamalar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini dayandırmasına baxmayaraq, Türkiyə və BMT-nin dəstəyi ilə Ukraynadan taxıl daşınması davam edir.
Rusiya ilə Ukrayna arasında Qara dəniz taxıl dəhlizi razılaşmasının dayandırılmasına baxmayaraq, Türkiyə və BMT-nin dəstəyi ilə Ukraynadan taxıl daşınmasının davam etdiyini qeyd edən Zelenski, "Bu günlərdə Ukraynanın kənd təsərrüfatı məhsullarını daşıyan gəmilərin hərəkəti davam edir”,- deyə bildirib.
Həmçinin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardıqlarını qeyd edən Zelenski Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiklərini bildirib.
Zelenski çıxışının sonunda deyib: "Bu qış insanları elektrik və istiliklə təmin etmək üçün hər şeyi edəcəyik. Amma unutmaq olmaz ki, Rusiya həyat standartlarını məhv etmək üçün hər şeyi edəcək”.
Ayşən