Zelenskidən təklif - Rusiya G20-dən çıxarılsın

Zelenskidən təklif - Rusiya G20-dən çıxarılsın
DÜNYA
10:15 30.10.2022
215

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının taxıl sazişində iştirakını dayandırdığı üçün "Böyük İyirmilik”dən (G20) çıxarılacağına ümid etdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə "Telegram” kanalında yerləşdirdiyi videomüraciətdə deyib.

Dövlət başçısının sözlərinə görə, indi sərt beynəlxalq reaksiya lazımdır:

"Həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, o cümlədən G20 səviyyəsində reaksiyalar lazımdır. Rusiya G20-də digər ölkələr arasında necə ola bilər? Bu, nonsensdir, Rusiyanın G20-də yeri yoxdur”.


OXŞAR XƏBƏRLƏR