Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın onu Rusiya Prezidenti Vladimir Putinlə müqayisə etdiyi son açıqlamalarına sərt cavab verib.
Bu barədə "Politico” məlumat yayıb.
"Məni Putinlə müqayisə edə bilməzsiniz. O, təcavüzkardır, ölkəmizi işğal edib. O, böyükləri və uşaqları, eləcə də öz əsgərlərini öldürüb. O, terrorçudur. Ümid edirəm, buna görə də Prezident Tramp bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edəcək”, - Zelenski bildirib.
///teleqraf///











































