Zelenskidən Türkiyəyə türk dilində başsağlığı

Zelenskidən Türkiyəyə türk dilində başsağlığı
SİYASƏT
13:26 15.10.2022
353
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ukraynalı lider öz tvitter hesabında türkcə paylaşım edib.

Onun bu hərəkəti türk izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

"Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.
OXŞAR XƏBƏRLƏR