Zelenskidən yeni hücum mesajı: Rusiyanın neft emalı zavodları hədəfdə

Zelenskidən yeni hücum mesajı: Rusiyanın neft emalı zavodları hədəfdə
DÜNYA
14:55 08.07.2026
323

Zelenski Rusiyaya edəcəkləri hücumlar haqda açıqlama verib.

 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı zavodlarına zərbələr endirdiklərini açıqlayıb.


Zelenski sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, hücumlar Rusiyanın Saratov vilayəti, eləcə də Tatarıstan və Başqırdıstan respublikalarındakı neft emalı müəssisələrini hədəf alıb.


Onun sözlərinə görə, bu əməliyyatlar Rusiya ordusunun Ukraynaya endirdiyi hücumlara cavab xarakteri daşıyır. Zelenski vurulan obyektlərin Ukrayna sərhədindən təxminən 800–1500 kilometr məsafədə yerləşdiyini qeyd edib.


Ukrayna lideri əlavə edib ki, Rusiyanın Voronej vilayətindəki bəzi hədəflərə də zərbələr endirilib.


"Ruslar bu müharibəni öz dövlətlərinin apardığını hiss etməlidirlər", – deyə Zelenski vurğulayıb.

 

O, həmçinin hücumlara aid olduğu bildirilən videogörüntüləri də ictimaiyyətlə bölüşüb.

 

Gülay

OXŞAR XƏBƏRLƏR