Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenskini G7 sammitinə dəvət edib.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "France 24” məlumat yayıb.
"Karni bazar günü axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb və onu bu yay Kanadanın ev sahibliyi etdiyi G7 sammitinə dəvət edib”, – məlumatda deyilir.
Qeyd edək ki, martın 14-də G7 ölkələrinin xarici işlər nazirləri yekun birgə bəyanatla bağlı razılığa gəliblər. "Reuters”in məlumatına görə, bəyanatda Ukraynada atəşkəs razılaşmasından imtina edəcəyi təqdirdə Rusiyaya mümkün əlavə sanksiyalarla bağlı xəbərdarlıq da yer alıb.