Zelenskinin Baydenlə söhbəti bir saat davam etdi

Zelenskinin Baydenlə söhbəti bir saat davam etdi
DÜNYA
21:24 30.03.2022
431
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi "Twitter”ində yazıb.

İki lider arasında söhbət bir saat davam edib.

"Mən döyüş meydanında və danışıqlar masasında vəziyyətlə bağlı məlumatları bölüşdüm. Biz konkret müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardım haqqında danışdıq”, - Zelenski yazıb.
OXŞAR XƏBƏRLƏR