Zelenskinin NATO-ya üzvlüklə bağlı AÇIQLAMASI

Zelenskinin NATO-ya üzvlüklə bağlı AÇIQLAMASI
DÜNYA
11:14 27.07.2023
180
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi NATO-ya üzv olmaq yolunda İttifaqla birləşməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında yazdığı paylaşımda NATO-nun baş katibi Yens Stoltenberqə və NATO baş katibinin müavini Mirça Coana Ukrayna-NATO Şurasının bugünkü iclasının təşkilinə görə təşəkkür edib.

İttifaqın Rusiyanın taxıl sazişindən çıxmasını açıq və birmənalı şəkildə pisləməsini alqışladıqlarını bildirən Zelenski iki həftə əvvəl Vilnüsdə qurulan şuranın böhranlı məsləhətləşmələr üçün effektiv mexanizm olduğunu sübut etdiyini qiymətləndirib.

Zelenski deyib: "Ukrayna qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək və bu məsələdə müttəfiqlərimizin dəstəyini yüksək qiymətləndiririk. Biz NATO-ya üzv olmaq yolunda İttifaqla birləşməyə davam edirik”. 

Gülay
OXŞAR XƏBƏRLƏR