AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko öz Telegram kanalında məlumat paylaşıb.
"NABU Prezident Ofisində istintaq tədbirləri aparır", - deyə deputat bildirib.
O, başqa təfərrüat açıqlamayıb.
Qeyd edək ki, bundan öncə NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) "qəyyumluq" etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.











































