Zelenskiylə danışan Bayden qəzəblənib

Zelenskiylə danışan Bayden qəzəblənib
DÜNYA
16:27 02.11.2022
274
ABŞ prezidenti Co Baydenin ötən ilin iyununda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında əsəbiləşdiyi iddia edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, ikisi Ukraynaya əlavə 1 milyard ABŞ dolları məbləğində hərbi yardımı müzakirə edərkən, Zelenskinin ehtiyac duyulan və çatdırılmamış yardımları sadalaması Baydeni qəzəbləndirib. Hadisədən sonra Zelenskinin ABŞ-ı tərifləyən paylaşım etdiyi üzə çıxıb.
 
ABŞ mətbuatında yer alan xəbərlərdə Rusiyanın Ukraynaya təcavüzündən sonra Bayden və Zelenski arasında adi hala çevrilən görüşlərdən birində ikili arasında gərginliyin artdığı bildirilib. Görüşdən xəbərdar olduğu deyilən dörd mənbəyə istinadən xəbərdə Bayden və Zelenskinin keçən iyunda etdikləri telefon danışığında əsəblərini itirdikləri bildirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR