Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Adana, Qaziantep, Kilis, Malatya, Adıyaman, Hatay, Osmaniye, Şanlıurfa və Diyarbəkirdə də hiss olunub.
AZXEBER.COM xəbər verir ki, bölgədə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra sərnişin təyyarəsindən çəkilən görüntülər sosial mediada görənləri heyrətə gətirib. Hatayı təyyarədən lentə alan şəxs zəlzələ anını görəndə gözlərinə inana bilməyib.
Təyyarənin pəncərəsindən cib telefonu kamerası ilə qeydə alınan görüntülərdə fəlakətin miqyası bir daha üzə çıxıb.
Sosial şəbəkədə yayılan görüntülərdə Hatayı sərnişin təyyarəsinin pəncərəsindən quşbaxışı kimi görən şəxsin paylaşması gündəm yaradıb. Sosial şəbəkə istifadəçiləri yazıya sürətlə axın edib.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl